Qeyd. Dekabrın 5-də Bakıda "Nəsimi 650: haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Həmin konferansda Prof. Dr. Hüseyn Düzgün aşağıda yazılan məruzə ilə iştirak edib.

 

 

Nəsiminin məzhəb, məslək və milli mənsubiyəti

 

Prof. Dr. H. M. SƏDİQ

 

Nəsiminin yaşadığı dövrdə, İslam dünyasında Mütləq varlıq, Allahın subuti və zati sifətləri, əsma-i hüsna, təcəlli, donbadon və bu kimi mübahisələr doğuran sözlər qızqın şəkildə ortaya çıxmışdı. Ona görədə Quran-i Kərim ayələri cürə- cürə yorumlar və təfsirlərə uğramışdı. Çəşitli təriqətlər yaranırdı vəya mistik təriqətlər biri birinə meydan oxuyurdu. Hər kəs isə bir təriqət seçirdi.

Bu təriqətlərin oluşundə, İslami məzhəblər arasında Şiə məzhəbimizin dahada çox payı olmuşdur. Yaranan təriqətlər arasında isə, Hurufilik dahada qabarıq durumda idi. Bu təriqət ərkani doğru olaraq Quran əsasında qurulmuşdur. Odur ki hurufi məsləkinə bağlı olan Nəsimiyi başqa təriqətlərə mənsub olan sufilərə bənzətmək olamz. O, Mənsur Həllac kimi səmimi və sadiq bir fateh fədakar kimi parladı. Şerlərin oxuyanda onun doğru- düzgünlük və səmimiliyinə heyran olmaya bilmirsən.

Hurufiliyə çeşitli gözlüklərlə baxanlar olmuşlar. Həttə bu məsləyi ateistik vəya materyalist bir fəlsəfə qolu hesab edənlərə raslanırıq. Lakin mən bu düşüncə istiqamətini Qurandan qalxan bir dalğa kimi dəyərləndirməkdəyəm. Bu məsləki Pantheismə bağlayan batı araştırmacılar, İslmi irfanda olan Varlıq Bütövlüğü وحدت وجود və təcəlli köklərindən xəbərsidirlər.

Burada Pantheism yox Panentheism düşüncəsi vardır.

Nəsimi deyir: Həqtəala yeganə və mütləq varlıqdır, Masiva isə, onun təcəlli və şəni hesab olur. Varlıqda olan bütün hər şey Allah təcəllisi ilə varolmuşlar. Necə ki işığın göy qurşağı üzrə təcəllisi, onda çəşitli boyaların zahir olmasına səbəb olar. Halbuki bu boyalar zatən yoxdurlar, təbiətdə və varlıq aləmindədə hər şey göy qurşağı boyaları kimidir onlar fanidirlər və yalnız əzəl feyzindən varolmuşlar, kəsərat hesab olunurlar. Nəsimi həqtəala zatını vəhdət adlandırır kəsəratı isə güzgüdə olan yansımalar dəyərləndirir. Hər şeyi “ilah” sayır və lailahəilləllah deyərkən bütün ilahları varlıq heysiyətindən yoxsul bilir və onların varlığının Allahdan axıb gəlməsini dilə gətirir. Və lakin hər nəyə baxdıqda onu Allahın nuru və təcəllisi hesab edir. Şeyx Məhmud Şəbüstəri demişkən:

مسلمان گر بدانستی که بت چیست،

یقین کردی که دین در بت پرستی‌ست.

Nəsimi isə dəfələr kəsəratı güzgüdə olan yansımaya bənzətmişdir:

Surət-i kəsrətlə olmuş muxtəlif,

Cümləsinin zatı budur çün əlif (s. 400)

Vəya:          

              [1] لی مع الله məqam-ı vəhdətdir,

Əhl-i kəsrət nə bilsin anı nəhal (s. 409)

 

 Demek istəyir ki Allah ilə xəlvət etmək yalnız kamil insana nasib olar. Kamil insan nəzəriyyəsinə sıx bağlı olan Nəsimi, əzəli feyz qaynağından yararlanma və Allaha ulaşma yolunu yalnız مَن عَرَفَ نَفسَه فَقَد عَرَفَ رَبَّه  məqamında bilir. Özün tanımanı Allah tanıma rüknü sayır:

 

مَنْ عَرَفَ بو نفس اۆچۆن گلدی خطاب صورته،

سرّیله سئیر ائتمگه، اۏرتادا بو خبر نه‌دیر(ص 188).

*

مَنْ عَرَفَ، چون اوخودون تانرېنې تانېدېن ایسته،

اؤزۆنۆ بیل کی تانرېدان ذاتېناوار مناسبت (ص 220)

*

کیم کی بیلدی مَنْ عَرَف داتېنی،

باخدې گؤردۆ، اۏخودو آیاتېنی،

حق تعالی‌نېن صفاتېدېر بولار،

کندی‌نین نطقۆ و ذاتیدیر بولار. (ص 400)

*

حقّه اولاش و عارف اۏل، عارف،

مَنْ عَرَف سیرریله بولدو کمال. (ص 409)

*

گر مَنْ عَرَف سیررینه ایریشمز اۏلورسان،

جهل ایله قالېرسان، داها عرفان اۏلامازسان. (ص 514)

*

مَنْ عَرَفَ حُکمیله گر نفسینی بیلمیه‌سن،

حق بیلر سندن آیېرماز کیمسه حیوان صورتین. (ص 518)

ایچدیم بو کوثر باده‌سین، بولدوم ولایت بی‌بیان،

توتدوم ولایت جاده‌سین، اثنی عشر اۏلدو عیان. (ص 162)

 

Nəsimidə olan Panentheism batı dunyasının Pantheismi ilə yerdən göyə fərqlidir. O, materyanı Allah bilmir, bəlkə mateyadada Allahı gəzir və Həqtəalanı izləyir. O, təriqətə bağlanmış vəlakin şəriət əmri ilə:

 

Şəriət əmrini mürşüd edən təriqətə gir

Kim ol təriqət ilə sən içəsən ab-ı həyat (s. 158)

 

Bu iddiada onun inandığı Hurufiyə təriqəti, şəriət əmrini mürşüd etmişdir.

Nəsimi Quran ayələri arasından ən azı 200 ayəni təkrarən Türkcə divanına salmışdır. Bu divanda 500-dən ziyadə Quran təlmihləri vardır. Mən iddia edirəm ki Nəsiminin divanını yaxşı oxuyub başa düşən hər kəs, Quran-i kərimin 50 faizin oxuyub anlamış kimi olaçaq.

Nəsimi bir dənizdir ki hər kəs öz ləyaqəti və bacarığı qədər ondan nuş edəbilir. Onun divanında meyxanə, xərabat, fəqr, kəşfü kəramat, qələndər, mərfət, məlamət, tələb, şahid, xumxanə və bu kim mistik terminlər simvolik mənalarda işlənmişlər. Onun yanı sıra Hurufilər tərəfindən açılan hərflərin rəmzləri də dəfələr zikr edilmişdir:

 

اۏتوز ایکی حرف کیم حقّین کتابیدیر یۆزۆن،

اۏخو اۏل حرفی درست و سرّ ما اوحی[2]‌یی گؤر. (ص 253)

*

اۏتوز ایکی منزلی وار ائلی‌نین،

یئتمیش اۆچ دۆرلۆ مقامی یۏلونون.

بو مقامی حق ایلن حاجی بیلر،

بو کلامی فرقه‌ی ناجی بیلر. (ص 400)

*

اۏ توز ایکن حروف اۏلدو وصالېن،

وصالېندېر، وصالېندېر، ای والله! (ص 369)

İslami irfan öyreminçe Vəhdətdə məkan və zaman yoxdur. Nəsimi vəhdəti bir dənizə bənzədir və kəsəratı dənizin damlaları hesab edir: Allahı könül dənizinə bənzədir:

بحر محیط ایمیش کؤنۆل، یۏخدور اۏنون کناره‌سی،

لعل ایله سلسبیل ایمیش آب ایله سنگ خاره‌سی.

فانی مطلق اۏلموشام، حق ایله‌یم، حق اۏلموشام،

کیم کی حقی دیلر، بودور چاره‌سی، ایشته چاره‌سی! (ص. 386)

O, Fəzl-ul lahı kamil insan bilir və onu “Bəhr- zat” ın bir danə gövhəri sayır:

مرحبا! ای بحر ذاتېن گؤوهر یکدانه‌سی،

شمع وحدتدیر جمالېن، کُنْ فَکان پروانه‌سی. (ص. 386)

Yəni onu Allah yox bəlkə Həqtəalanın bəhr-ı zatında olan bir gövhər adlandırır.

Fəna mülkünü isə həman dəniz bilir və özünə xitab edir.  کن فکان dan məqsəd isə bütün varliq alamidir.

بحر فنادا فانی اۏل گؤرکی نه خوش حیات اۏلور،

آب حیات ایمیش فنا، گرچه آدې ممات اۏلور. (ص 183)

Görünür ki o, insanı və bəlkə bütün kəsəratı, vəhdətə bağlı sayır və vəhdətə ualşmasını diləyir. Onun vəhdət-i Vucud ya Panentheismi bundan başqa bir şey deyildir.

O, Allahı belə vəsf edir:

ذاتېنا کیمسه ایرمز، وصفینی کیمسه بیلمز،

ذات و صفات ایله‌سن، باقی و جاودانسان.

ای مایه بخش اشیاء، سنسن نهان و پیدا،

هم رازق خلایق، هم هالک زمانسان.

ای مدعی! سن آنېن محروم سان دمیندن،

آنداندېرېر کی هر دم دربند این و آنسان. (ص. 352)

Nəsimi insanın Allah zatına irişməsini olası bilir və belə bir insanı kamil insan adlandırır:

ذاتې‌نېن عینی‌دیر آللاهېن صفاتی، ای بشر!

لاکن اۏل بیلدی بو رمزی، کیم ایریشدی ذاتېنا. (ص. 208)

O, Fəzli, Allah saymır, bəlkə onu Allahın fəzli bilir:

آللاهېن فضلی بیزه اۏلدو بشیر،

بشّروا بالمغفره اجرٌ کبیر. (ص 480)

Onu Allahın fəzlinin seçgin məzhəri hesab edir:

فضل رب العالمین‌نین برگزیده مظهری،

عالِم علم الهی، کاشف قُل انّما.

Yeni kəhf suresinin 110-ci ayasinə işare edir:

 

قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكمْ يُوحَی إِلَيَّ أَنَّما إِلهُكُمْ إِلهٌ وَاحِدٌ فَمَن كانَ يَرْجُوا لِقاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَ لا يُشْرِكْ بِعِبادَةِ رَبِّهِ أَحَداً

Demək isteyer ki Fəzl-ul lah Nəimi bizim kimin bir bəşərdir ve yalnız onda təcəlli vardir və Allah ona fəzl göstərmişdir və hər zaman onu Fəzl-i Həq adlandırır.

 

 

[1] لِیْ مَعَ اللّهِ وَقْتٌ لَا یَسَعُنِیْ فِیْهِ نَبِیٌّ مُرْسَلٌ وَلَا مَلَکٌ مُقَرَّبٌ

[2] اتْلُ‌ مَا أُوحِيَ‌ إِلَيْکَ‌ مِنَ‌ الْکِتَابِ‌ وَ أَقِمِ‌ الصَّلاَةَ إِنَ‌ الصَّلاَةَ تَنْهَى‌ عَنِ‌ الْفَحْشَاءِ وَ الْمُنْکَرِ وَ لَذِکْرُ اللَّهِ‌ أَکْبَرُ وَ اللَّهُ‌ يَعْلَمُ‌ مَا تَصْنَعُونَ‌