İnsanlıq

 

Ayıl oğlum ev içində bu ədəbsiz mehman,

Dini imani əlindən alacaqdır ərzan.

Gənclik günlərini bad-i fənaya verdin,

Bu yazıq millətinə neyləmisən, ey nadan!

Dəni, insanlığı sevməz, ona layiq də deyil,

Qarşısında humanist olma, məgər axmaqsan?

Göz önündə o gəlir fəxr eləyir Fir´ona,

Gəl bir e´cazını göstər ona, İbn-ol-Umran!

Onun alçaqlığına gəzmə dəlil ardınca,

Sənə cok yazmağıdır iştə bir aydın burhan.

Züləmat içrə qayıt get anavın daməninə,

Düzgünüm Xizrə dönüb dadmış o abi heyvan.

Mən ki şair deyiləm, dinlədiyin qudsi kəlam,

Qəlbimə vahy-i nüzülidi misal-i Fürqan.

 

Məlal

 

Qaranlıq göylərimdə parlayan sönməz hilalsan, sən,

Cəhanda misli yox dildarsan, sahib cəmalsan, sən.

Suvarram mən həvəslə rişəni, üzün arıddaram,

Bağımda tazə açmış ağzı bağlı gül nəhalsan sən.

Elin dərdindən ayrı istəmə ovqatını, Düzgün!

Xəmirəm ilə yoğrulmuş içimdə bir məlalsan sən.

 

Mehman

 

Oyan bir xabi qiflətdən, ötübdür karvan çoxdan,

Hamı bidar olub getdi, mənəm yalnız sənə heyran.

Unutdun keçmişi, əcdadının da daşını atdın,

Nədən üz verdi sən tək huşyara böylə bir nisyan?

Qələm al şə´nini yaz saf ürəkli ellərin, qardaş!

Bu bir mənzumədir sonsuz, bu dəstandır qutarmayan.

Dəni xəsmin bizə qarşı yazan sözləri böhtandır,

Onun ruhunda yoxdur hiç şey, cüz hiylə vo yalan.

Bu qədri çalxalanma, hörmət ağ saqqalına göstər,

Elindir xeyr-xahi, dinlə və´zin, gəl ona inan.

Gözün aç gör nələr yazdı dəni, dinə, nəvamisə,

Səni də dindirir napak dililə, bax budur nüqsan!

Bizim ellər içində kimsə oğlum süst-əhd olmaz,

Adam bir dəf´ə ömründə, əzizim! Bağlayar peyman.

Ha uzaq olsa yad eylər baba yurdunu düz ovlad,

Bu daldan o dala minər ürəkdə olmasa iman.

Təvazö´ məsnədin tərk eyləmə, ey Xan Çoban oğlu!

Elə qarşı dayanma, bil, təkəbbürdən doğar Şeytan.

Uşaq tək canını təhzib elə, ruhini pak eylə,

Güvən fəzl-ü kəmalata ürəyində qopart tufan.

Cəhandan nəqdini tərk eylə, riya təsbihini atgil,

Ana damanına dön gəl, quraq bir məhfili ürfan.

Çağına sahib ol, qaç mə´rifət ardınca, elm öyrən,

Bizim məsləkdə olmaz alim ilə cahilan yeksan.

Gil-alud eyləmə ruhun, tikanın hiyləsindən qaç,

Səni gül bərg-i tər tək xəlq edibdir xaliq-i sübhan.

Qanın pakdır, özün düzsən, elin tək xalis el bilməm,

Sənin aldanmağındır sidqinə aydınca bir burhan.

Dəni xəsmin qulaq ətvarına vermə, ona baxma,

Fəzilətxanə içrə Türklər qoymuşdular bünyan.

Ağır nisgilli oğlumsan, zəmirindən açılmır söz,

Sənin əcdadının sə´nində kimsə yazmadı dəstan.

Oğul bir rah-i çarən var, özünə gəl, özün qurtar,

Nökərlik eyləmə əğyar-i pəstə, can sənə qurban!

Məqamın saxla, hörmət et, Hüseyn Düzgün müəlim dir,

O kafir olsada, beş gün olacaqdır sənə mehman.

 

Ünvan

 

Sənə yar eşq ola kim ruhumu şadan qıldın,

Xanəmin ərkanına eşqini bünyan qıldın.

Mənə insanlığı sevdirdin əzəl gündən sən,

Ruhuma maideye pakını ehsan qıldın.

Eşqimi ərş-i müəllayə çəkib yüksəltdin,

Güşey-i vəhdəti bir məhfil-i irfan qıldın.

Açıq əllərinə, tox gözlərinə qurban olum,

Yadların da kəvirin rövzeye rizvan qıldın.

Birdə gəl külbey-i viranəmi rövşən eylə,

Bir baxışla dil-i zülmanımı taban qıldın.

Sâhir ovladını cuşə gətirib tərpətdin,

Düzgünü tarixinə yurdumun ünvan qıldın.

 

Var olsun

 

Bir kitab, birdə qələm, birdə ki dildar olsun,

Dustdan gəlmiş olan hər nə ki var, var olsun.

Yarı atdın, dənini yar elədin yarlıq üçün,

Bilmədin qeyr dir o, qeyrətinə ar olsun.

Gözdə xar eylədi gül tək bu ağır ellərimi,

Ellərin içrə görüm xəsm-i dəni xar olsun.

Bizi dəf´ eylədi zehni bu dəninin, oğlum!

Canişini özü tək dəhrdə biar olsun.

Qələbə çalmayacaq durmasa ellər yerdən,

Kaşki bir dəf´ə də Təbrizdə didar olsun.

Ərəbə gətdi Lorensi, Əcəmə Pəhləvini,

Türkü salsın ayağa, İngilisə ar olsun.

Sâhirin bir xələf ovladı sayırlar səni, bil,

Yaz müqəddəs sözünü, Düzgün əlin var olsun.

 

Ad edin

 

Yarlar! Gəlin xanəmi bir daha abad edin,

Dərdə düşən könlümü qüssədən azad edin.

Qəlbizi xali qılın bir-birizə kinədən,

Düşməni qəmləndirin, dostları şadan edin.

Ellərimi bir-birə sovq verin vəhdətə,

Bu sözü çəkinmədən onlara izhar edin:

Aq olubdur vəli ne´mətinə dun Əcəm,

Rəhmə ki layiq deyil, dadinə bidad edin.

Yıxdı evin hər nəyin adı məhəbbət idi,

Dostluğu insanlığı dünyada bünyad edin.

Qol-qola bağlandığızdan sonra şəmşir alın,

Zülm evini nakəsin yeksərə bər-bad edin.

Düzgün şe´rin yazıb saldı haray aləmə,

Əllərə şəmşir alın, siz də gəlin ad edin.

 

Çıplaq

 

Addımlayaraq bir gedim addım səqrimdən,

Qətran-i həmmimi axıdırsan ciyərimdən.

Yarım saqın, əncamı fənadır bu təriqin,

Girmə, həzər et canda ki suz-i şərrmdən.

Bünyanını dartar, dağıdar seyl-i sirişkim,

Zülm eyləmə dildar, çəkin çeşm-i tərimdən.

Düzgün sözü çıplaq demişəm mən bu kitabda,

Millət ayılır zənn edirəm bu əsərimdən.

 

Sədaqət

 

Könlümü dilləndirir məhzun susğun ləblərin,

Xanə viran eyləyir can yurdunu çeşm-i tərin.

Xanmani darma-dağın, yurdu talan bir elə,

Yar müstəzhər tapılmaz, kimsənə olmaz qərin.

Yatma bu topraqlarda, müşkül etmə işləri,

Xarə yalvarmam ayağa qalx yeksəkdir yerin.

Bağrımı buryan qılıb, biryanə atma kəndini,

Könlümü dərbənd qılmışdır o fəttan gözlərin.

Düzgünün düz eşqinə sən də sədaqət bəsləgil,

Qanla yoğrulmuş ürəkdir, heç zaman olmaz sərin.

 

Alqan

 

Mən həsudun hiyləsilə yarım oldum sərnigün,

Hayıma hay vermədin, düşdüm belə zar-ü zəbun.

Aldadıb əbrulərinlə, damına saldın məni,

Cüt xətin heyranlığımı eylədi hərdəm füzun.

Ağlımı zayil qılalı verdim əldən himməti,

Oyuna düşdüm, ayaqdan çəkdi zəncir-i cunun.

Biz könül səyyada verdik, damə düşdük danəsiz,

Olmadı dövr-i zəmanda bir şərəfli rəhnimün.

Damla-damla gözlərimdən alqan axır dəm-bə-dəm,

Kimsə etməz onu kim etdi mənə bu xəsm-i dun.

 

Cəmal

 

Heyf namərdlərin düşdün oğul çənginə sən,

Tanımadın iç üzün, baxmadın heç rənginə sən.

Necə ovlad deyim mən sənə, namərdcəsinə,

Getmədin öz babavın qatilinin cənginə sən.

Sevməyirsən qınını, ortada vargəl edisən,

Tuş gəlibsən bu dəni düşmənivin rənginə sən.

Qoyma təhqir eləsin xəsm sənin namusunu,

Nalla öz yumruğunu kəlləsinə-ənginə sən.

Heç fəzilət yox onunla oturub durmaqda,

Rast gələcəksən həmişə oların mənginə sən.

Tərbiyət eylə vücudunda cəmal zövqlərin,

Düzgünün bir qulaq as şe´rinin ahənginə sən.

 

Riyakar

 

Sənəma! əhl-i riya ilə nə peyman etdin.

Əcəm-ovbaşı evində niyə mehman etdin?

Ərş-i ə´ladan enib qəm yükü çatdın belimə,

Xəsm-i dun-pərvərimin dərdinə dərman etdin.

Mən-i möhtace məhəbbətdən əl üzdün getdin,

Alçağın süfrəsinə könlünü ehsan etdin.

Nəyini əhrimənin yarım bərtər sandın,

Eyd-i Əzhadə məni payına qurban etdin?

Qalmadın qeydinə yaran-i vəfa pərdazın.

Bu genişlikdə cəhanı mənə zindan etdin.

Düzgünü saldın ayağına riyakar Əcəmin,

Sənəma! əhl-i riya ilə nə peyman etdin?

 

Qucaqlaram

 

Nəyin əsgikdi dənidən nadan,

Yoxdu Sâhir təki Düzgün insan.

Bu nə qanun-i məhəbbət, bilməm,

Xəsmə ölkəndə verirsən meydan.

Səni eylir o dəni istehza´,

Sən ona yenə deyirsən mehman.

«Əkrem-oz-zəyf» yazırsan divara,

O geniş qəlbinə şair qurban!

O sənin namusunun düşmənidir,

Onda yox zərrəcə din-ü iman.

Minəcəkdir, yumasan gözlərini,

Yalvaracaqdı, biraz ayılsan.

Gələcəksən nə zaman bəs özünə?

İki gözüm sənə qalmış heyran.

Vuracaqlar səni öz yurdunda,

Görürəm mən sabahi, bu yandan.

Sadəlikdən başına börk keçir,

Mənim həm-yerli sözümdə nə yalan!

Mən səni seyl bilərdim daşğın,

Nə xəyal eyləmişəm mən, nə güman!

Dər-bə-dər olmuş elim, ovladım,

Hərə bir güşədə durmuş nalan.

Bax Xiyav ellərinin qızlarıdır,

Əl açırlar Əcəmə, gəl bir utan!

Topla ovladını, vəhdət çağıdır,

Səndəki qeyrətə ollam qurban.

Sən təəsüblə dolu atəşini,

Küllər altında edibsən pünhan.

Son günədək ayıq ol həm-yerli,

Hizblər dərdinə etməz dərman.

Əllərim qanda belə olsa oğul,

Səni qoynumla qucaqlaram inan.

Sınadım, hər yana getdim, gördüm,

Yoxdu Sâhir təki Düzgün insan.

 

Kitab

 

Səni bir yar-i vəfadar hesab etdim mən,

Könlümün dərdini, yar, sənə xitab etdim mən.

Eşqinin xanəsini dostca abad qıldım,

Xəsmin ümmidgəhin xanə-xərab etdim mən.

Düşmən-i pəst, günəhkar sayacaqdır məni yar,

Səni ondan qorudum, bircə səvab etdim mən.

Sorsam halın Əcəmin yumruq ilə, eyb deyil,

Evimə zorla girən xəsmi cəvab etdim mən.

Pis hərifdir, sözə baxmır, yenə üzdən getmir,

Bir neçə dəf´ə onu burda mucab etdim mən.

Paymal eylədiyin şe´rim, ürək yarəsıdır,

Toplayıb xəlqim üçündür ki kitab etdim mən.

 

Aftab

 

Soruşma kim nə üçün iztirabi var ürəyin?

Zəmanə içrə qəm-i bi-hesabı var ürəyin,

Üzümdə kölgə salan şadmərglik xətti,

Nişanədir ki: əzizim əzabı var ürəyin!

Bu dağlı sinə, bu bağlı ayaq, quru bu dodaq,

Pıçıldayır qulağa: iltihabı var ürəyin!
dağın uca başı tək, saçlarıma qar yağmış,

Içində buz kimi donmuş yəx abı var ürəyin.

Dayanma zülmət-i qurbət içində, ey Düzgün!

Geniş sinəndə qayıt, aftabı var ürəyin.

 

Sehr nişan

 

Niyə yar üzdün əlin, çəkdin üzün aşiqdən,

Gedib əğyar-i dənini özünə yar elədin.

Necə qıydın vurasan tirini mavi gözümə,

Bu işıqlı səhəri yar mənə tar elədin.

Hürmüzi kəsdin ayağına qara şeytanın,

Eyd-i Əzhadə xudani niyə inkar elədin.

Mən sənin qeyrilə, həmrazlığını söyləmirəm,

Sən özün yar ilə əğyarlığa iqrar elədin.

Düzgün öz sehr nişan lütf-i kəlamına dəxi,

Göstərib mö´cizəni milləti bidar elədin.

 

Dəni

 

Eldaşım dinlə məni, aç o bəsirət gözünü,

Bu qədər bəsdir, özün xar eləyibsən özünü.

Hərə kor kurəsini püflədi yelləndirdi,

Külləri bir yana vur, atəşə döndər hözünü.

Həqqini almağa gəl qeyrətə, iqdam eylə,

Kor deyilsən, görüsən dinləməyirlər sözünü.

Yandın Afriqalıya, Erməniyə, Rusa, yazıq!

Amma yad eyləmədin sən niyə bilməm özünü?

Bizi aldatdı qoca qurd qoyun pustunda,

Düzgünü yıxdı dəni, sən niyə yumdun gözünü?

 

Billah

 

Bu yarə yar deməm day, yarəmi bağlatsa da Billah,

Əlindən pay almam, payımı paylatsa Billah!

Gəl, ey həmşəhri!birdə həmpiyalə olma nakəslə,

Ki nakəsdən kəs olmaz başı ərşə çatsa da Billah.

Özümdən saymaram, bir tutmaram mən özgələr ilə,

Özün özgələrə hərgah yarım qatsa da Billah.

Təəssübdən əl üzməm, yarə əğyar, qeyrə yar deməm,

Məni əğyarə qeyrətsizcəsinə satsa da Billah.

Müsəlman ellərinin ayı batmaz, ulduzu yatmaz,

Sən agah ol, günəş göydə saralıb batsa da Billah.

Deyildir xeyr-xahım ol müzəvvir xəsm-i yüz çehrə,

Daha çalxanmaram içimi o çalxatsa da Billah.

Yedim daşın nökərlik etməyin əğyar-i bi-arə,

Daha oynanmaram düşmən məni oynatsa da Billah.

Elimlə mən əzəldən bağladım peyman-i sidq ey yar!

Onu mən atmaram hərgah məni o atsa da Billah.

Oyaq qallam keşiyində, inan day yatmaram əsla,

Yenə Düzgün gəlib illər boyunca yatsa da Billah.

 

Ağır el

 

Könlünü eşqdən kənar etmə,

Eşqə məşğul olgil, ar etmə.

Ta ki madam böylə şivən var,

Başqa bir şivə ixtiyar etmə.

Elinə-yurduna güvən, fəxr et,

Xəsm-i namərdə e´tibar etmə.

Qovl o fe´lində sadiq ol oğlum,

Özünə əyrilik şüar etmə.

Baba mirasına sayıqlı dolan,

Gününü tirə etmə, tar etmə.

Xəsmə şabaş-ü dəstxoş vermə,

Babanı təhqir etmə, xar etmə.

Düzgünün eşqi var ağır elinə,

Sən də məşğul olgil, ar etmə.

 

Nəzər

 

Səndən olmazsa nəzər yar, mənim xanəmdə,

Həyatın ətri tapılmaz daha kaşanəmdə.

Tərk edəndən yanımı Sâhir-i küsgün, Billah,

Yoxdu day lütf-ü səfa güşeye viranəmdə.

Qurbətə salma mənim sözlərimi, divanımı,

Düzgünəm, niyyət-i kəc yox dil-i divanəmdə.